AZ
EN RU

GƏLƏCƏYİMİZ ÜÇÜN
SİZ DƏ ƏLİNİZİ UZADIN!

GƏNCLƏRİMİZİN PEŞƏ TƏHSİLİNƏ DƏSTƏK

Xeyriyyə məqsədi ilə təşkil olunan layihədə əsas məqsəd maddi imkanı zəif olan istedadlı gənclərə dəstək olmaqdır.Bu layihəyə Turizm və “Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyi-nin təmsilçisi Fərhad Aşurbəyli nümayəndəlik edir. Azərbaycanın dörd bir yanından seçilən 4 nəfər maddi imkanı zəif, lakin istedadlı gənclərə kulinariya sahəsində öz arzularını gerçəkləşdirmək üçün bir fürsət veriləcək. Gənclər Türkiyədə təşkil olunmuş aşpazlıq kurslarında 4 ay boyunca təhsil alacaq və aşpazlıq sənətini professional şəkildə öyrənəcəklər. 4 ay ərzində onların bütün xərcləri xeyriyyə aksiyasında yığılan maddi dəstək əsasında təmin olunacaq.